Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 16:40
Bakı. Trend:
Qazaxıstanda baş verən təyyarə qəzası ilə əlaqədar dekabrın 28-də ölkədə matəm elan edilib.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq sabah səfirlikdə bayraqlar yarıya qədər endiriləcək. Lakin başsağlığı kitabı açılmayacaq.
Xatırladaq ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 12 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin