Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO)

81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO)

Tarix: 27 Dekabr 2019 16:48

Bakı. Trend:

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Masallı, Xaçmaz, Bərdə, Ağdam, Ağcabədi, Yevlax, İmişli, Zərdab, Tərtər, Saatlı, Sabirabad, Cəlilabad və digər rayonlarda yeni tikilmiş 81 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, evlərin istifadəyə verilməsi tədbirlərində vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində vətəndaş rifahının təminatı, həssas qruplardan olan vətəndaşlara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılır. 2019-cu ildə 4,2 milyon insanı əhatə edən, onların rifahına ciddi dəstək olan islahatlar reallaşdırılmaqla, minimum əməkhaqqı 2 dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və təqaüdlər, o cümlədən müharibə əlillərinə sosial müavinətlər və təqaüdlər orta hesabla 100 faiz artırılıb, şəhid ailələri üçün aylıq təqaüdlər 242 manatdan 300 manata çatdırılıb.

Dövlət başçısının şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı proqramları ildən-ilə geniş vüsət alır. Həmin vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev təqdim edilib. 2019-cu ildə isə 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan 815-i artıq verilib. Qalan mənzil və fərdi evlərin də yaxın günlərdə verilməsi təmin ediləcəkdir. İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7471 mənzil və fərdi ev təqdim edilib.

Bütün bunlar ölkəmizdə həssas qruplardan olan vətəndaşlara, xüsusilə şəhid ailələrinə və müharibə əlillərinə diqqət və qayğının daim artdığını təsdiq edir.

Yeni fərdi yaşayış evləri təqdim edilən şəhid ailələrinnin üzvləri və Qarabağ müharibəsi əlilləri onların maddi təminatlarının, həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlara, yeni fərdi evlərlə təmin olunduqlarına görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO) 81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO) 81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO) 81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO) 81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO) 81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO) 81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO) 81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO) 81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO) 81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO) 81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO) 81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO) 81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO) 81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO) 81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO) 81 fərdi ev şəhid ailələri və müharibə əlillərinın istifadəsinə verilib (FOTO)


Etiketlər:  fərdi şəhid ailələri müharibə əlillərinın istifadəsinə verilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ