Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirdən Aqil Abbasın ittihamına cavab

Nazirdən Aqil Abbasın ittihamına cavab

Tarix: 27 Dekabr 2019 18:02

Gənclər və idman naziri Azad Rəhimov millət vəkili Aqil Abbasa cavab verib.

Qol.az-ın məlumatına görə, nazir A.Abbasın “Olimpiya Kompleksləri imkanlı adamların üzgüçülük hovuzlarına çevrilib” ittihamına münasibət bildirərkən bu gün jurnalistlərə deyib:

“Hazırda bizim 45 olimpiya kompleksimiz var. Tərtər və Yardımlıdakı komplekslər açılışa hazırdır, Goranboy və Neftçalada isə tikinti davam edir. Bütün komplekslərdə olimpiya növləri üzrə hazırlıqlar pulduzdur. Pullu olan yalnız basseynlər, olimpiya proqramına daxil olmayan şərq əlbəyaxa idman növləri və mini futbol meydançasıdır (axşamlar). Bunların sayəsində kompeks özünü qismən saxlaya bilir. Amma biz də dotasiya ayırırıq. Komplekslər kommunal ödənişləri etməli, işçilərinə maaş verməlidir. Bir daha qeyd edirəm ki, orada olimpiya idman növləri pulsuz və hər kəsin üzünə açıq olacaq”.

 


Etiketlər:  Nazirdən Aqil Abbasın ittihamına cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ