Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 20:34
Türkiyə Müdafiə Nazirliyi bu il ərzində PKK terror təşkilatına qarşı ümumilikdə 150 əməliyyat keçirildiyini açıqlayıb.
Sonxeber.net Axar.az-a istinadən bildirir ki, nazirlik Türkiyə ordusunun keçirdiyi "Fərat qalxanı", "Zeytun budağı" və "Sülh çeşməsi" əməliyyatlarından sonra yarım milyondan çox suriyalının öz doğma vətənlərinə qayıtdığını bildirib.
Hərbi mənbələr bu açıqlamanın Liviyaya mesaj olduğunu yazıb:
"Nazirlikdəki səlahiyyətlilər əmr verildiyi təqdirdə ordunun Liviyada əməliyyata başlamağa hazır olduğunu deyiblər".