Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 22:36
Qarnı ağrıdığı üçün xəstəxanaya gedən qadın əməliyyat olunub.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, türkiyəli Duriye Duman adlı xanım qarınındakı küt ağrılar səbəbindən xəstəxanaya müraciət edib. Müayinə edildikdən sonra məlum olub ki, onun qarnının arxa divarında 10 santimetr uzunluğunda şiş var.
Dərhal əməliyyata alınan qadını şişdən xilas etmək mümkün olub. Təqribən 6 saat çəkən əməliyyat zamanı yarım kiloqramlıq şiş çıxarılıb. Həkimlər xəstəxanada ilk dəfə belə bir əməliyyat etdiklərini söyləyib.