Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 23:57
Bir qrup alim pomidorla bağlı araşdırma aparıb. Araşdırmaya görə gündə 2 stəkan pomidor suyu içən xanımlarda menstruasiya dönəmini rahat keçirməsinə kömək edir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, elm adamları, 8 həftə ərzində 93 qadından gündə 2 dəfə 200 milli litr pomidor suyu içməsini xahiş edib və daha sonra həmin qadınların vəziyyətini araşdırıb.
Araşdırma nəticəsində iştirakçılarda menstruasiya zamanı ortaya çıxan istilik basması, əsəbilik halı kimi mənfi təsirlərinin azaldığı müşahidə olunub.
Bundan əlavə pomidor suyunun sağlamlığa bi sıra başqa faydaları da var:
-Pomidorun C və E vitaminləri ehtiva edər, zəngin bir kalium qaynağı olduğu üçün, yüksək qan təzyiqini salmaqda ideal vasitədir.
-Öd və böyrək daşlarının salınmasına köməkçi olar.
-Antioksidan xüsusiyyəti ilə xərçəngə və ürək xəstəliklərinə tutulma riskini, iflic keçirmə və katarakt təhlükələrini azaldır.