Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Silahlılar Suriyada hava limanına hücum etməyə cəhd edib

Silahlılar Suriyada hava limanına hücum etməyə cəhd edib

Tarix: 28 Dekabr 2019 05:36

Bakı. Trend:

Terroristlər pilotsuz uçan aparatlardan istifadə edərək Suriyanın Həma şəhərində yerləşən hərbi aerodroma hücum etməyə cəhd ediblər.

Trend-in məlumatına görə, bu barədə "Sham FM" radiostansiyası bildirib.

Məlumata əsasən, Suriya hökuməti ordusunun zenit-raket sistemləri Həma hərbi aerodromuna yaxınlaşmağa çalışan terrorçu dronlarının hücumunu dəf edib.

Suriya ordusu tərəfindən 19 dekabrda İdlib vilayətində başlatdığı əməliyyat fonunda terrorçuların pilotsuz təyyarələrin köməyi ilə hücumları daha tez-tez müşahidə olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Silahlılar Suriyada hava limanına hücum etməyə cəhd edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ