Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Populyar sosial şəbəkənin milyonlarla istifadəçisinin telefonu təhlükə altındadır

Populyar sosial şəbəkənin milyonlarla istifadəçisinin telefonu təhlükə altındadır

Tarix: 28 Dekabr 2019 08:08

Kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssis İbrahim Baliç "Twitter" sosial şəbəkəsinin 17 milyon istifadəçisinin mobil telefon nömrəsini müəyyənləşdirib. "TechCrunch" nəşri yazır ki, aşkar edilmiş boşluq populyar sosial şəbəkə istifadəçilərinin fərdi məlumatlarını təhlükə altına qoyub.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, mütəxəssisin sözlərinə görə, sözügedən boşluq "Android" üçün mobil tətbiqdə aşkar edilib. İstifadəçilərin nömrəsini əldə etmək üçün telefonlardan ibarət siyahı yaratmaq və müvafiq hesabların axtarışı üçün onları "Twitter"ə yükləmək lazım olub. Mütəxəssis proqram vasitəsilə on milyonlarla müxtəlif nömrələr yaradıb.

Bu, Baliçə Fransa, Almaniya, İsrail, Türkiyə, İran, Yunanıstan sakinlərinin nömrələrini və ona bağlı hesablarını öyrənməyə imkan verib. Mütəxəssis iki ay ərzində telefon nömrəsinin köməyi ilə İsrailin yüksək vəzifəli siyasətçisinin profilini tapıb. "Twiiter" yalnız 20 dekabrda onun fəaliyyətini bloklayıb.


Etiketlər:  Populyar sosial şəbəkənin milyonlarla istifadəçisinin telefonu təhlükə altındadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ