Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 13:00
Bakı.Ilhamə Isabalayeva - Trend:
Yaradılmasından 3 il keçməsinə baxmayaraq, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında işlər müasir tələblər səviyyəsində qurulmayıb.
Trend-in məlumatına görə, bunu AMEA prezidenti, akademik Ramiz Mehdiyev qurumun bu gün keçirilən ümumi yığıncağında deyib.
Onun sözlərinə görə, hər bir institut dövlət proqramlarından irəli gələn məsələnin həllində öz yerini müəyyən etməlidir:
"Akademiya öz intellektual potensialı ilə mühüm dövlət proqramlarının, elmi-tədqiqat layihələrinin əsas eksperti funksiyasını həyata keçirməlidir. Təəssüf ki, bu günə kimi akademiya bu məsələlərdən kənarda qalıb. Elmi fəaliyyət sahəsində mövcud olan nöqsanların, elmi müəssisələrdə tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması işinin düzgün qurulmamasının nəticəsidir ki, hazırki şəraitdə respublika üçün faydalı ola biləcək yüksək ixtisaslı kadrların xarici ölkələrə, sahibkarlıq fəaliyyəti sahəsinə və digər strukturlara axını günümüzün reallığına çevrilib. Bütün bu nöqsanların aradan qaldırılması üçün akademiyanın strukturu tamamilə yenidən qurulmalı, onların inkişaf hədəfləri, prioritetləri müəyyənləşdirilməli və təxirəsalınmaz tədbirlər keçirilməlidir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin