Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabirabad sakinindən narkotik götürülüb

Sabirabad sakinindən narkotik götürülüb

Tarix: 28 Dekabr 2019 14:27

Bakı. Trend:

Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Muğan Gəncəli kənd sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı Qafur Həmzəyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, PB-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman torpağa basdırılmış şüşə qablarda ümumi çəkisi yarım kiloqramdan arıq olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Sabirabad sakinindən narkotik götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ