Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 18:20
İki ilə yaxındır ki, Rəhim Rəhimli ilə aramız soyuq idi, amma bu gün məclisdə idik, heç nə olmamış kimi görüşüb söhbət etdik.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) İnstaqram hesabında yazaraq müğənni ilə barışdığını qeyd edib:
"Söhbət əsnasında öyrəndim ki, Rəhimin ad günüdür və ürəyimdən onu təbrik etmək keçdi. Bilmirəm hisslərimi izah edə bilirəm ya yox, sənət üçün yaşayanları küsdürməyin. Rəhim sənə can sağlığı, uzun ömür və əsası, səhnədə olmağını arzu edirəm".