Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 23:40
Bakı. Trend:
Türkiyə parlamenti hökumətin Liviyaya qoşun göndərməsinə dair qanun layihəsini planlaşdırılan vaxtdan əvvəl müzakirə edə bilər.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasındakı mənbələrin sözlərinə əsasən, ölkə prezidentinin imzaladığı müvafiq qanun layihəsi dekabrın 30-da parlamentə təqdim ediləcək və müzakirələr yanvar ayının 2-si keçiriləcək.
Parlament iclaslarının yekun gündəliyi dekabrın 30-u razılaşdırılacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin