Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 00:46
Pullu təhsilin tətbiqinə baxmayaraq, əcnəbi tələbələrin Finlandiyaya axını artır
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci ildə Finlandiya universitetlərinə ölkədə ali təhsilin pulsuz olduğu əvvəlki illərlə müqayisədə daha çox əcnəbi tələbə daxil olub.
Finlandiya universitetləri iqtisadi problemlərlə əlaqədar 2017-ci ildən etibarən Aİ-nin və Avropa iqtisadi məkanının hüdudlarından kənar ölkələrdən gələn tələbələr üçün təhsil haqqı tətbiq ediblər. Bu qərar Finlandiya universitetlərinə daxil olanların sayına dərhal təsir göstərib. Belə ki, 2017-ci ildə Finlandiyada təqribən 20 min əcnəbi tələbə təhsil alıb ki, bu da 2016-cı illə müqayisədə min nəfər azdır. Finlandiya Təhsil Nazirliyinin ali təhsil siyasəti şöbəsinin direktoru Birgitta Vuorinen STT informasiya agentliyinə müsahibəsində deyib: "Lakin azalma gözlədiyimiz qədər çox olmadı". Finlandiya İmmiqrasiya Xidmətinin və Təhsil Nazirliyinin məlumatları göstərir ki, bu ölkədə elmi dərəcə almağa çalışan insanların sayı artmağa davam edir.
Finlandiya universitetləri aşkar ediblər ki, əcnəbi tələbələr təhsil haqqı ödəməyə hazırdırlar. Bəzi universitetlərdə müəyyən sahələrdə magistratura məzunlarının 40 faizini əcnəbi tələbələr təşkil edir.