Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 08:12
2019-cu ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına doğuşla bağlı 2680 müraciət daxil olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının hesabatında qeyd edilib.
Məlumatda bildirilir ki, onlardan 2670-i hospitalizasiya edilib. Hospitalizasiyadan imtina edilən hər bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq-mühafizə orqanlarına məlumat verilərək, ünvana polis əməkdaşları dəvət olunub.
Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 26 700, hospitalizasiya 18 300-dür. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 21 718, hospitalizasiya 13 833-dür.