Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 09:56
Rusiyanın Volqoqrad şəhərində "BMW" sürücüsü idarəetməni itirərək son sürətlə dayanacağa girib, sonra isə hadisə yerindən qaçıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə V1.ru Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, qəza dekabrın 28-də səhər saatlarında Voljskiy şəhərində baş verib. Küçəyə quraşdırılan müşahidə kamerasında əks olunan görüntülərdə sol zolaqla hərəkət edən avtomobilin qəfil sağa dönməsi və içərisində adamların olduğu dayanacağa çırpılması görünür. Xoşbəxtlikdən onlar arasında xəsarət alan olmayıb.
Sürücü hadisə yerindən qaçıb. Polis onun axtarışına başlayıb. Maşında olan sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.