Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 14:00
Bakıda azyaşlı xəstəxanada ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə A.F. Qarayev adına 2 saylı uşaq xəstəxanasında qeydə alınıb. Dekabrın 28-də Binəqədi rayon, Mədən 1, korpus 30 ünvanında yaşayan 2016-ci il təvəllüdlü Həmzəyev Ümid Sarif oğlu xəstəxanaya yerləşdirilib və həmin tarixdə orada ölüb.
Azyaşlının meyitinin ilkin müayinə zamanı Ü. Həmzəyevdə baş-beyin ödemi aşkarlanıb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.