Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rövnəq Abdullayev 2019-cu ilin nəticələri barədə: ''500 mln. ton...'' - FOTO

Rövnəq Abdullayev 2019-cu ilin nəticələri barədə: ''500 mln. ton...'' - FOTO

Tarix: 29 Dekabr 2019 15:24

"Azəri-Çıraq-Günəşli" yataqlarında indiyə qədər olan ümumi neft hasilatı artıq 500 mln. tona çatdırılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün SOCAR-da ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.

SOCAR-ın prezidenti 2019-cu ilin nəticələri barədə söz açıb, il ərzində şirkətin Azərbaycanda və ölkə xaricində TANAP qaz boru kəməri, "SOCAR Polymer", Karbamid zavodu kimi uğurla başa çatdırdığı layihələrdən bəhs edib.

O, qarşıdakı illərdə şirkətin perspektivləri üzərində ətraflı dayanıb, SOCAR-ın Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf proseslərində yaxından iştirak etdiyini bildirib:

"Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkə həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar kursu SOCAR-ın qarşısında yeni üfüqlər açır. Biznes dayanıqlığının artırılması, istehsal proseslərinin rəqəmsallaşdırılması qarşımızda duran başlıca vəzifələrdən biridir. SOCAR daim zamanın tələblərinə cavab vermiş şirkət olub və bu gün də belədir. Biz yaxşı başa düşürük ki, bu gün rəqəmsallaşmada uğur qazana bilməyən şirkətlər 10-15 ildən sonra bazarı tərk etmək məcburiyyətində qalacaq. Biz şirkətin əmək effektivliyini işçi sayını çoxaltmaqla yox, texnoloji güc ilə artırmaq niyyətindəyik. Bu gün geniş yayılmış peşələrin çoxu yaxın gələcəkdə tarixə qovuşacaq, rəqəmsallaşma dövrünün yeni peşələri yaranacaq. Şirkətimizin kadr hazırlığı siyasətində bu məsələlər də nəzərə alınmaqdadır".


Etiketlər:  Rövnəq Abdullayev 2019 ilin nəticələri barədə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ