Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Agentliyin 100-ə yaxın əməkdaşı vəzifəsindən azad olunub

Agentliyin 100-ə yaxın əməkdaşı vəzifəsindən azad olunub

Tarix: 29 Dekabr 2019 15:33

Bakı.Ilhamə Isabalayeva -Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayandan indiyədək işinin öhdəsindən gəlmədiyinə görə 100-ə yaxın əməkdaşı vəzifəsindən azad olunub.

Trend-in məlumatına görə, bunu agentliyin sədri Qorxmaz Təhməzli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, agentliyin üç əməkdaşının qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb: "Hazırda onlar öz cəzalarını çəkirlər. Bundan sonra da işində nöqsanlara yol verilən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Agentliyin yaxın əməkdaşı vəzifəsindən azad olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ