Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 15:42
“Monako” son 1 il 2 ay ərzində üç məşqçi dəyişikliyinə görə 26 milyon avro zərər edib.
Qol.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, ötən ilin oktabrında Jardimi istefaya göndərin Knyazlıq təmsilçisi ona 8 milyon avro təzminat ödəyib. Daha sonrakı baş məşqçi Tyerri Anrini vaxtından əvvəl vəzifəsindən azad etdiyi üçün klub qarşı tərəfə 10 milyon ödəməli olub. Bundan sonra yenidən Jardimlə əməkdaşlığa başlayan “Monako” bu dəfə də onunla müqaviləni vaxtından əvvəl pozduğu üçün 8 milyon avro təzminat ödəməli olacaq.
Xatırladaq ki, dünən “Monako” baş məşqçi vəzifəsinə Roberto Morenonu gətirdiyini açıqlayıb.