Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“MediaTek Dimensity 1000L” çipi ilə təchiz edilən “Oppo” smartfonu nümayiş olunub

“MediaTek Dimensity 1000L” çipi ilə təchiz edilən “Oppo” smartfonu nümayiş olunub

Tarix: 29 Dekabr 2019 16:03

“Oppo” şirkəti Çində yeni “Reno3 Pro” və “Reno3” smartfonlarını təqdim edib. Birinci model “Snapdragon 765G” prosessoru ilə işləyir, ikincisi isə dünyada ilk dəfə özündə dörd “Cortex-A77” və dörd “Cortex-A55” nüvəsini birləşdirən “MediaTek Dimensity 1000L” çipi ilə təchiz edilib (hər iki smartfon beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyir).

 

“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, “Reno3 Pro” modeli 6,5 düymlük “OLED” ekranla təchiz olunub. Arxa panelində dörd kamera yerləşən qurğu “ColorOS 7” interfeysli “Android 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Akkumulyator tutumu 4 025 milliamper/saat təşkil edir.

 

“Reno3” modeli də 6,5 düymlük “OLED” ekrana malikdir. Qurğunun əsas kamerası 64 meqapiksellidir. Qrafik prosessor qismində “Mali-G77” çıxış edir. Modellərin akkumulyator tutumları da eynidir (4 025 milliamper/saat).

 

Nizam Nuriyev




Etiketlər:  MediaTek Dimensity 1000L çipi ilə təchiz edilən Oppo smartfonu nümayiş olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ