Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn ildən təqdim edilmiş mallara görə yalnız elektron qaimə-faktura veriləcək

Gələn ildən təqdim edilmiş mallara görə yalnız elektron qaimə-faktura veriləcək

Tarix: 29 Dekabr 2019 23:42

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə elektron vergi hesab-fakturasının verilməsi ləğv edilib. Həmin tarixdən etibarən təqdim edilmiş mallara görə ƏDV ödəyiciləri tərəfindən yalnız elektron qaimə-faktura təqdim olunacaq.

Sonxeber.net bildirir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, gələn il yanvarın 1-dək təqdim edilmiş mallara görə isə elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturası da təqdim edilir. Belə ki, qanunvericiliyə əsasən, sözügedən müddətdə alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 2020-ci il yanvarın 1-dək mövcud olan qaydada həyata keçirilir.


Etiketlər:  Gələn ildən təqdim edilmiş mallara görə yalnız elektron qaimə faktura veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ