Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndoneziya adaları: Komodo və başqaları

İndoneziya adaları: Komodo və başqaları

Tarix: 30 Dekabr 2019 01:32

"Əjdahaları", vulkanları, mərcan adaları və çəhrayı çimərlikləri olan məşhur ada tezliklə turistlər üçün bağlana bilər. İndoneziya 5120x1760 kilometr ərazisi olan dünyanın ən böyük arxipelaqıdır. Müxtəlif məlumatlara görə, onun tərkibinə 13 mindən 17 minədək ada daxildir və onların yalnız 9 mindən çoxunun adı var. Dünya onlardan bəzilərini tanıyır: Yava, Bali, Kalimantan, Sumatra və Komodo.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bali adası unikal coğrafi mövqeyə malikdir. Onun cənub sahillərini Hind okeanı, şimalını Sakit okeanın tərkibinə daxil olan Bali dənizi yuyur. Burada çimərliklər və vulkanlar var, bitki aləmi dörd meşə növü ilə təmsil olunub, banan ağacı müqəddəs sayılır, çoxsaylı fauna nümunələri arasında isə Beynəlxalq Qırmızı Kitaba daxil edilmiş "Karstama balicum" nadir mağara yengəci xüsusi diqqətə layiqdir.

Adanın qeyri-adi Satonda vulkanı 3 min əvvəl eyniadlı vulkanın püskürməsi nəticəsində yaranıb. Akvatoriyada çox gözəl mərcan qayaları var, qonşu adalarla birlikdə isə milli dəniz təbiət parkı yaradılıb. Adanın mərkəzində həddindən artıq duzlu suyu olan göl mövcuddur: burada duzun miqdarı okeandakı analoji göstəricidən də çoxdur. Hesab edilir ki, bu suyun mənbəyi 10 min ildən çox yaşı olan qədim vulkan kraterləridir.

Nəhayət, Komodo adasına gəlirik. Bu ada ən iriləri sırasına daxil olmasa da, öz təbiəti ilə məşhurdur. Komodonun sahəsi 390 kvadrat kilometrdir və adada 2 mindən çox insan yaşayır. XIX əsrin ortalarından XX əvvəlinədək qonşuluqdakı Flores adası Niderlandın idarəçiliyi altında olub, lakin ilk avropalı adaya yalnız 1910-cu ildə ayaq basıb.

Adanın yaxınlığında üzərkən holland dənizçilər Floresə "canlı əjdahalar" haqqında nağıllarla qayıdırdılar. Guya onlar sahildə gördükləri yeddi metr uzunluğunda olan və alov nəfəsi olan bu canlıya yaxınlaşmağa qorxublar. Bu hekayələr müstəmləkənin başçısı leytenant Jak Karel Anri van Steyn van Hensbruku maraqlandırıb və o, sərəncamında olan silahlı əsgərlərlə Komodonu araşdırmağa başlayıb.


Etiketlər:  İndoneziya adaları Komodo başqaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ