Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk diplomatların qatili olan ermənilər axtarışa verildi

Türk diplomatların qatili olan ermənilər axtarışa verildi

Tarix: 30 Dekabr 2019 10:40

Avstraliyada 17 dekabr 1980-ci ildə Türkiyənin Sidneydəki Baş konsulu Şarık Arıyak və təhlükəsizlik attaşesi Engin Sevəri şəhid edən iki qətl şübhəlisinin robot rəsmləri yayımlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Avstraliya diplomatlar Arıyak və Sevərin öldürülməsi ilə bağlı işi yenidən qaldırdıqdan sonra hadisə şahidlərinin ifadələri əsasında robot rəsmləri hazırlanıb.

Qətldə şübhəli bilinən terrorçular kompüter vasitəsilə yaşlandırılıb və 60 yaşlarındakı təxmini görüntü əldə olunub.

Hüquq-mühafizə orqanları sözügedən şəxsləri görənlər və ya tanıyanların polisə müraciət etməsini istəyib.


Etiketlər:  Türk diplomatların qatili olan ermənilər axtarışa verildi


RƏYLƏR