Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayram günlərində banklar və “Azərpoçt” MMC gücləndirilmiş iş rejimində işləyəcək

Bayram günlərində banklar və “Azərpoçt” MMC gücləndirilmiş iş rejimində işləyəcək

Tarix: 30 Dekabr 2019 18:36

Sabahdan başlayaraq yanvarın 7-nə qədərki bayram günlərində Azərbaycandakı bankların filial və şöbələri, eləcə də "Azərpoçt" MMC-nin satış nöqtələri gücləndirilmiş iş rejimində çalışacaq.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 22 bankın 178 satış nöqtəsi (o cümlədən, 9 bank üzrə 13 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt"un isə 112 şöbəsi (o cümlədən, 8-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində AMB-nin yaratdığı bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcəkdir. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Mərkəzi Banka müraciət oluna bilər.

Koordinator: Azər Quluyev


Etiketlər:  Bayram günlərində banklar Azərpoçt gücləndirilmiş rejimində işləyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ