Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 18:46
ABŞ-ın "Layette" hava limanından Atalanataya uçan təyyarə havaya qalxdıqdan qısa müddət sonra təyyardə nasazlıq olduğu ortaya çıxıb.
Təyyarəni hava limanına qaytarmaq cəhdi isə uğursuz olub. Təyyarə hava limanına 1,5 km məsafədə avtoparka çırpılıb. Təyyardə olanlardan 5-i ölüb, bir nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Təyyarə qəzası zamanı 2 avtomobil yanıb, yaxınlıqdakı 2 nəfər isə xəsarət alıb.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərdən biri WDSU televiziya kanalının idman müxbiri Karli Makkord olub.