Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 18:55
"Müğənnidən qız almaram, qız vermərəm" deyənlərin arasında dostlarım da var. Amma inciməsinlər, onda özləri nə yaxşı müğənnidir, nə də yaxşı insan".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri lent.az-a müsahibəsində müğənni Roza Zərgərli deyib. O, bu ifadəni işlədən həmkarlarını qınayıb:
"Nə olub müğənnilərə? Bu bizim peşəmizdir. Şəxsiyyətimiz deyil ki... "Müğənnidən qız almaram, qız vermərəm" deyənlərin özlərinin şəxsiyyətlərinə şübhələri var. Oğluma incəsənət sahəsindən qız alaram. Bu nə deməkdir ki?".