Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayramı “burnuzumdan gətirən” səbəblər - VİDEO - FOTO

Bayramı “burnuzumdan gətirən” səbəblər - VİDEO - FOTO

Tarix: 30 Dekabr 2019 19:50

Bayram günləri ölkənin hər bir guşəsində yolkalar qurulur, bayram aksesuarları, oyuncaqlar, fişənglərin satışı fəallaşır. Yolkalar quraşdırılarkən aşma və yanğın təhlükəsizliyinə diqqət yetirilməlidir.

Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Sakin: "Təhlükəsizliyi nəzərə alırıq. Uşaqlar toxunmasın deyə yolkanı hündür yerdə qurmuşam".

Sakin: "Yolkanı uşaqların əli çatmayan yerə qoymuşuq".

Sakin: "Məktəbimizdə yolka qurmuşuq. Təhlükəsizliyi də nəzərə almışıq".

Digər vacib məsələ yolkaların üzərinə quraşdırılan işıqlardır. Yolkada alışmalar əsasən qısaqapanmalar nəticəsində baş verir. Ona görə kustar üsulla hazırlanmış məhsullar, Yeni il atributları almamaq məsləhətdir.

Orxan Quluzadə - Satıcı: "Yolkaların yaxşısını almaq istəyirlər. Yolkanı evdə qurarkən möhkəm bərkitmək lazımdır".

Yolkanın üzərindəki işıqları yanılı vəziyyətdə qoyaraq evi tərk etmək, uşaqların həmin işıqlarla oynamasına icazə vərmək olmaz.

Cəmil Xudiyev - FHN-nin Əməkdaşı: "Vətəndaşlar tərəfindən yolkaların bəzədilməsində yanar materiallardan ibarət oyuncaqlardan istifadə olunur. Qar mənzərəsi yaratmaq üçün pambıqdan istifadə olunur. Bu məmulatlar da adi qığılcımdan alışa bilir.

FHN yeni il ərəfəsində yaşana biləcək xoşəgəlməz hadisələri önləmək üçün əhaliyə xəbərdarlıq edib. Təhlükəsizlik qaydalarına əmək edək ki, bayram hazırlığımız acı nəticələnməsin.

Sonxeber.net 


Etiketlər:  Bayramı burnuzumdan gətirən səbəblər VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ