Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yeni İl Simfoniyası'' nağıl - tamaşası təqdim olundu (FOTO)

''Yeni İl Simfoniyası'' nağıl - tamaşası təqdim olundu (FOTO)

Tarix: 30 Dekabr 2019 19:50

Bakı. Trend:

Heydər Əliyev Sarayında uşaqlarların sevimli cizgi film qəhrəmanlarının iştirakı ilə ən maraqlı interaktiv musiqili "Yeni İl Simfoniyası" nağıl - tamaşası təqdim olunub.

Simfonik orkestrin müşaiyəti ilə baş tutacaq musiqili tamaşada uşaqlar Şaxta baba, Elza, Ələddin, Su pərisi və digər qəhrəmanlarla birgə möcüzəli nağıl ölkələrinə səyahət ediblər.

Görəsən nağıl qəhrəmanları Yeni ili xilas edə biləcəklərmi? Qəhrəmanların dostluğu yeni nağıl yaratmağa və bütün maneələrin aradan qaldırılmasına köməklik edəcəkmi?

Yeni ilin xilas edilməsində uşaqlarda iştirak etdilər, qəhramanların yeni nağıl yaratmasına köməklik etdulər.
Musiqili-nağıl ən populyar cizgi filmlərin motivləri əsasında hazırlanıb.

Yeni il şənliyində Simfonik orkestrin müşaiyəti ilə müğənnilərin ifasında sevilən cizgi filmləri “Gözəl və Bədheybət”, “Soyuq ürək”, “Ələddin”, “Pinokkio”, “Mulan”, “Kral Şir”, “Su pərisi”, “Vinni Pux” və başqalarından musiqilər, həmçinin Ştraus və Çaykovskinin əsərlərindən klassik parçalar səsləndirilib.

Cavad Tağızadənin dirijorluğu ilə keçirilən musiqili-nağılın rejissoru və ssenari müəllifi Aleksey Smirnovdur (Moskva).

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Yeni Simfoniyası nağıl tamaşası təqdim olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ