Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 22:50
Bu günlərdə Ferens List adına Budapeşt beynəlxalq hava limanı yeni rekorda imza atıb: hər il yanvarın 1-dən hesablanan aeroport daşımaları tarixində ilk dəfə olaraq 16 milyon sərnişin qeydə alınıb.
Hava limanının sərnişin axını hələ noyabrın sonunda ötənilki göstəricini (14,9 milyon nəfər) üstələmişdi. Beləliklə, bu il hava məkanı vasitəsilə əvvəlki ilə nisbətən 1 milyon çox sərnişin keçib. Bununla yanaşı, aeroportun trafiki Avropa İttifaqı ölkələri üzrə orta göstəricini yenidən üstələyib.
Sonxeber.net xəbər verir ki, aeroportun mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, 2019-cu ildə Budapeştdən birbaşa uçuşların təşkil olunduğu şəhərlərin sayında 16 faiz artım baş verib. Təkcə bu il həm yeni, həm də bu vaxtadək reyslərin mövcud olduğu şəhərlərə 33 yeni reys açılıb. Sərnişinlərin təqribən 200 marşrut arasında seçim etmək şansı var. Hazırda aeroportun tərəfdaşları olan aviaşirkətlər 2020-ci il üçün daha 16 yeni reysin istifadəyə veriləcəyini elan ediblər.