Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da evlərdə təbii ölüm göstəricisi xəstəxanalarda müvafiq göstəricidən çoxdur

ABŞ-da evlərdə təbii ölüm göstəricisi xəstəxanalarda müvafiq göstəricidən çoxdur

Tarix: 30 Dekabr 2019 23:04

Son 50 ildən artıq müddətdə ilk dəfədir ki, ABŞ-da "öz əcəli ilə" evlərində ölən adamların sayı xəstəxanalarda eyni səbəblərə görə ölənlərdən çoxdur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "The New England Journal of Medicine" tibb jurnalında dərc edilmiş yeni araşdırmaya görə 2017-ci ildə fizioloji ölümlərin 29,8 faizi xəstəxanalarda, 30,7 faizi isə evlərdə baş verib. Bu da məlum olub ki, təbii səbəblər üzündən ölənlərin 20,8 faizi qocalar evində dünyasını dəyişib.

"OhioHealth" palliativ yardım müəssisəsinin tibbi məsələlər üzrə vitse-prezidenti Çarlz fon Quntenin sözlərinə görə, xəstəxanalar ilə evlər arasında bu kiçik fərq insanların ölümünün yaxınlaşmasına münasibətin dəyişməsi göstəricisidir. Fon Qunten bu araşdırmanın nəticələrini müzakirə edərək vurğulayıb ki, növbəti illərdə evdə ölən insanların faiz nisbətinin artacağı gözlənilir. O deyib: "Əvvəllər hər bir insanın ölümü gözlənilməzlik sayılır və adamların çoxu fikirləşirdi ki, ölüm ayağında olanları təcili xəstəxanaya göndərmək lazımdır". Onun sözlərinə görə, indi ömrünün sonunu gözləyən insanlar ölüm mövzusunu tez-tez müzakirə etməyə başlayıblar. Bu müzakirələr zamanı insanlar həyatının son günlərini və ya aylarını evdə keçirməyə üstünlük verdiklərini bildirirlər. Araşdırmada göstərilir ki, 2017-ci ildə dünyasını dəyişmiş Amerika sakinlərinin təqribən 8,3 faizi palliativ yardım müəssisələrində olublar.


Etiketlər:  ABŞ evlərdə təbii ölüm göstəricisi xəstəxanalarda müvafiq göstəricidən çoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ