Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xiaomi-dən yeni mexaniki klaviatur və elit maus

Xiaomi-dən yeni mexaniki klaviatur və elit maus

Tarix: 31 Dekabr 2019 10:48

"Xiaomi" şirkəti yeni kompüter aksesuarları dəstini təqdim edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, "MIIW Elite" seriyasına kompakt mexaniki klaviatur və iki interfeysi olan kompüter siçanı (maus) daxildir. Maus, həmçinin korpusun hündürlüyünü tənzimləmək imkanına malikdir.

85 dəyirmi düyməsi olan "MIIW Elite" klaviaturun qalınlığı 7,8 mm-dir. Klaviatur kompüterə "Bluetooth" və ya radiokanal vasitəsilə USB naqilsiz qoşulur.

Yenilikdə səsin mətnə çevrilməsi funksiyasını aktivləşdirən əlavə düymə var. Bu düymə proqramlaşdırılmış əmrləri yerinə yetirilməsi üçün də istifadə oluna bilər.


Etiketlər:  Xiaomi dən yeni mexaniki klaviatur elit maus


RƏYLƏR