Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sosial media istifadəçiləri, diqqətli olun!

Sosial media istifadəçiləri, diqqətli olun!

Tarix: 31 Dekabr 2019 12:16

Bu gün sosial medianın bizə faydası varmı? Feysbuk, Tvitter kimi platformalar doğrudanmı bu qədər ziyanlıdır, yoxsa insanlar bu məsələni bir az şişirdirlər?

Sonxeber.net ted.az-a istinadən bildirir ki, sosial media istifadə edən insanların sayı inanılmaz dərəcədə çoxdur. İlk vaxtlar bu platformaların bizə sadəcə xeyir verdiyini düşünsək də, bu gün onların zərərli tərəfləri ilə də üzləşirik. Hətta Feysbuk kimi güvənliliyə böyük əhəmiyyət verən bir platformanın istifadəçiləri də hər an zərərçəkmişə çevrilə bilər.

Əvvəlcə sosial medianın faydaları haqqında danışaq. Ailənizlə rahat ünsiyyət qura bilmək sosial medianın ən üstün cəhətidir. Sosial media olmasaydı, bəlkə də, xaricdə yaşayan bir çox qohum və dostlarımızla əlaqəmiz çoxdan kəsilərdi. İndi isə onlarla rahat ünsiyyət qura bilirik.

Hər şeydən rahat xəbər ala bilmək imkanı sosial medianın həm müsbət, həm də mənfi tərəfidir. Böyük xəbər agentliklərinin, demək olar ki, hamısının sosial media hesabları var, buna görə də sadəcə Feysbukda hesab açmaqla dünyada baş verən hadisələrdən xəbər tutmaq mümkündür. Amma bu xəbərlərin yanlış ola bilmə ehtimalı sosial media nəhənglərinin özlərini də narahat edir.

Bundan başqa, "LinkedIn" kimi sosial şəbəkələr, saytda qeyd etdiyiniz göstəricilərə uyğun gələn işləri avtomatik olaraq siyahıya alıb sizə təqdim edir. Bu da sizin rahatlıqla iş tapa bilmənizə kömək edə bilər. Qonaqlıqlar, ekskursiyalar, toy və konfranslar kimi kollektiv tədbirlərin təşkili üçün də ən yaxşı vasitələrdən biri Feysbukdur. Və ya öz işinizə başlamısınızsa, sosial media izləyicilərinizlə, yaxud da müştərilərinizlə əlaqə qurmağı çox asanlaşdırır. Bundan əlavə, sosial mediada yüksək dəqiqlikli reklamlar yerləşdirərək televiziya, radio və ya çap mediasına xərclədiyiniz pulunuzdan daha az hissəsi ilə tamaşaçı kütləsinə çata bilərsiniz. Və nəhayət, əyləncə. Əgər sosial mediada gəzinmək əyləncəli olmasaydı, yəqin ki, hesab sahiblərinin sayı bu qədər çox olmazdı.

İndi isə sosial medianın həyatımıza göstərdiyi mənfi təsirlərindən danışaq. Günü-gündən cinsiyyəti, xarici görünüşü, cinsi üstünlüyü, dini, əlilliyi, siyasi baxışları və başqa sosial statusları hədəf alınan istifadəçilərin sayı artır, xüsusən də azyaşlı uşaqlar sosial medianın bu tələsinə düşürlər.


Etiketlər:  Sosial media istifadəçiləri diqqətli olun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ