Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur “Terminator” Arnold Şvarsneqqerdən 11 həyat dərsi

Məşhur “Terminator” Arnold Şvarsneqqerdən 11 həyat dərsi

Tarix: 31 Dekabr 2019 12:40

Şvarsneqqeri tanımayan yoxdur - dünyanın ən məhşur kulturisti (bodibildinqlə məşğul olan), Terminator və Kaliforniyanın keçmiş qubernatoru. Amma çox az adam onun həm də uğurlu bir iş adamı olduğunu bilir.

Şvarsneqqer milyonçu olanda hələ 30 yaşı da yox idi. Bu, Hollivudda karyerasını qurmamışdan qabaq olub. İlk milyonunu daşınmaz əmlaka qoyduğu puldan əldə edib.

İlk alışdan əvvəl onun elə də çox pulu olmayıb. Arnold agentə etibar etmirdi və bir il ərzində daşınmaz əmlakın satışı ilə bağlı elanları nəzarətdə saxladı, qiymətləri və onların dəyişməsini təhlil etdi. O, bu sahədə irəliləmək və yaxşı yatırım etmək istəyirdi.

Onun biznes fəaliyyətinin çoxçeşidliliyi insanı heyrətə gətirir. Bundan başqa, istənilən bir işə olan güclü həvəsi ondan da daha heyrətləndirici təsir bağışlayır.

Uğurlu insanları ortaq bir cəhət birləşdirir - işə münasibət. Zəhmət və iş onlar üçün sanki nəfəs almaq kimi bir təbii ehtiyacdır. Bir işdə irəli gedən kimi o birinə keçirlər. Və əgər nəsə alınmasa bu, bir az da təkmilləşməyə təkan verir. Arnold belələri baxımından ən yaxşı nümunədir:

Hər işdə bir xeyir ola bilər

Hərbi xidmətdə olarkən Arninin başına çoxlu hadisələr gəlir. Bir dəfə onun günahı ucbatından tank anqarın (təyyarələrin saxlandığı və təmir olunduğu tikili) divarına çırpılır və onu dağıdır. O, divarı düzəltməli, xidmətçi geyimində kartof təmizləməli və yoldaşlarının uzun-uzadı təhqirlərini dinləməli olur.

Amma özünün sözlərinə görə, heçnə onun əhvalını korlamadı. Əksinə o bundan dərs aldı - sement hazırlamaq və kərpic hörmək.

Zəif nöqtələrə diqqət yetirmək lazımdır

Qol əzələləri, sinə, kürək və omba hissələri Svarsneqqerin həmişə ən güclü nöqtələri olub, amma baldır əzələlərinin zəif olması onu çempion adına namizədlikdən məhrum etmişdi.

Hər bir insan təbii olaraq bacardığı işlə məşğul olur. Məsələn, əgər qol əzələlərin yük qaldırmağa imkan verirsə, zalda da ancaq onu məşq etdirmək istəyirsən. Arnold bir çox kulturistlərdən fərqli olaraq tələyə düşmək istəmirdi. O, bilirdi ki, zəif nöqtələrinə diqqət etməlidir.

Baldır əzələlərini inkişaf etdirmək üçün  gələcək Mister Olimpiya bütün idman şalvarlarını dizə qədər kəsmişdi. Beləcə bədəninin bütün güclü əzələli hissələrini paltar altında gizlədib bir tək baldırlarını hamıya göstərirdi.

Bekar qalmaq olmaz

Şvarsneqqer Beynəlxalq Bodibildinq Federasiyasının yaradıcısı və kulturizm üzrə tanınmış məşqçi  Joe Weider-in dəvəti ilə Amerikaya gəlir.

Joe-nin öz zalı vardı və o, kulturistlərə ancaq məşq və  yarışlarda çıxış edə bilmələri üçün kifayət edə biləcək qədər az pul verirdi. Və kulturistlərin əksəriyyəti də bekarçılıq imkanından çox böyük sevinclə istifadə edib bütün vaxtlarını trenajorlarda keçirirdilər.

Amma Arnoldun Joe-də olan kulturizm jurnalından və ağır atletlər üçün qida əlavələri satılan mağazalarından çox xoşu gəlmişdi. Gərgin iş onun ürəyindən idi və o, biznesi daha da yaxşı dərk etmək  və eyni zamanda ingilis dilində danışığını təkmilləşdirmək üçün dərhal mağazada işləmək fikrinə düşdü.

Dayanmaq bilmədən zəhmətlə çalışdığına görə onu zarafatyana "Alman maşını" adlandırırdılar, həmişə işləyən və heç vaxt xarab olmayan, güvənli və dözümlü.

Daim tərəqqiyə can atmaq lazımdır

Şvarsneqqer artıq bütün bodibilderləri çox-çox geridə qoyduğundan və hələ ki, çempion tituluna görə narahatlığa gərək olmadığına arxayın olduqdan sonra dərhal başqa işlərə yönəldi. Görməyə hazırlaşdığı işlərin hamısını ayrıca vərəqələrdə qeyd etdi. Sonra uğura gedən yollarla, onları gündəlik işlərə necə uyğunlaşdırmaqla maraqlandı və işə başladı. İlk məqsədləri arasında bunlar yer alırdı:

Kollecdə əlavə 12 kurs keçmək.

5000 dollar kənara qoymaq üçün kifayət edəcək qədər pul  qazanmaq.

Ev almaq və ora köçmək.


Etiketlər:  Məşhur Terminator Arnold Şvarsneqqerdən həyat dərsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ