Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eden Hazard ''Real''da - İddia

Eden Hazard ''Real''da - İddia

Tarix: 13 May 2019 18:04

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazardın "Real"a gözlənilən transferi gerçəkləşib.

Qol.az xəbər verir ki, bu barədə Fransanın dünyaca məşhur "L`Equipe" nəşri məlumat yayıb. Bildirilir ki, "zadəganlar" aparıcı futbolçusunu satmağa razılıq verib. "Kral klubu"nun belçikalı oyunçunun keçidi üçün London təmsilçisinə 100 milyon avro təzminat ödəyəcəyi iddia olunur.

Qeyd edək ki, 2012-ci ilin yayından "Çelsi"də çıxış edən Hazardın ingilislərlə müqaviləsi gələn mövsümün sonuna qədər idi.
 


Etiketlər:  Eden Hazard Realda İddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ