Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 13:52
Süveyş kanalının açılışının 150 illiyi qeyd olunub. Mərasimdə Misir rəsmiləri ilə yanaşı, xarici ölkələrin nümayəndələri də iştirak ediblər.
Süveyş Kanal Təşkilatının prezidenti Usame Rabi bu müddət ərzində kanaldan 1 milyon 300 mindən çox gəminin keçdiyini və bu keçidlərdən təqribən 135,6 milyard dollar gəlir əldə edildiyini bildirib. Rabi son bir ildə Kanalın 6 milyard dollar gəlir gətirdiyini və 2018-ci ildən indiyədək 19 mindən çox gəmi keçdiyini qeyd edib.
Süveyş kanalı 17 Noyabr 1869-cu ildə açılıb. 10 il ərzində qurulan kanalın inşasında 1 milyondan çox misirli çalışıb.
Aralıq dənizi və Qırmızı dənizi birləşdirən kanalın uzunluğu 193 kilometr, eni 220 metr və dərinliyi 24 metrdir.