Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 19:48
Rusiyanın "Lukoyl" şirkətinin Azərbaycan əsilli sahibi Vahid Ələkbərov 2019-cu ildə sərvətini 5,3 milyard dollar artırıb.
Sonxeber.net moder.az-a istinadən xəbər verir ki, 2019-cu ilin yanvarında 18,5 milyard dollar sərvəti olan Vahid Ələkbərov ilin sonunda sərvətini 5,3 milyard dollar artırıb.
Hazırda o, 23,5 milyard dollar sərvətlə Rusiyanın 3-cü ən zəngin iş adamıdır.
2019-cu ildə Rusiyada ən çox varlanan iş adamları sırasında Vladimir Potanin (8 milyard dollar qazanıb) və Leonid Mixelson (5,9 milyard dollar qazanıb) qərarlaşıblar.