Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

U-21-in heyəti açıqlandı - Musa Qurbanlı da var

U-21-in heyəti açıqlandı - Musa Qurbanlı da var

Tarix: 13 May 2019 19:16

Mayın 18-dən 28-dək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Sloveniyada təlim-məşq toplanışı olacaq.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, hazırlıq prosesi zamanı yığmamız 2 yoxlama oyunu keçirəcək. Mayın 21-də Xorvatiyanın “Sloven Belupo-2” komandası ilə qarşılaşacaq U-21 mayın 27-də Lyublyana “Olimpiya”sının əvəzediciləri ilə görüşəcək.

Toplanışa aşağıda adları qeyd olunan futbolçular çağırılıb:

Kamran İbrahimov, Rəhman Daşdəmirov ( hər ikisi "Neftçi"), Şahin Zəkiyev, Murad Qayalı (hər ikisi "Keşlə"), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı "Qəbələ"), Turan Manafov ("Zaqatala"), Ricat Qarayev, Süleyman Əhmədov (hər ikisi "Sumqayıt"), Nihad Tamazov, Nicat Süleymanov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Elvin Cəfərquliyev, Musa Qurbanlı (hamısı "Qarabağ"),Elçin Mustafayev, Zahid Mərdanov, Şakir Seyidov, Emil Qasımov (hamısı "Sabah"), Abbas Ağazadə (MOİK), Ziya Əzizov (NEC Nijmegen, Hollandiya), Rafael Məhərrəmli ("Zirə")

Qeyd edək ki, Murad Popov, Amin Seydiyev, Rövlan Muradov, Süleyman Əhmədov toplanışa mayın 20-də qoşulacaq.

 


Etiketlər:  U 21 in heyəti açıqlandı Musa Qurbanlı da var


RƏYLƏR