Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Elə vaxtlar olurdu ki, hər şeyi atıb qayıtmaq istəyirdim'' - Uğur hekayəsi - FOTO

''Elə vaxtlar olurdu ki, hər şeyi atıb qayıtmaq istəyirdim'' - Uğur hekayəsi - FOTO

Tarix: 1 Yanvar 2020 07:34

Rövşən Musayev: "Əvvəllər düşünürdüm ki, xaricdə çalışan mühəndislər bizimkilərdən daha güclüdür"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Məktəbdə oxuyanda müəyyən nailiyyətlər qazanıb, riyaziyyatı xüsusilə yaxşı oxuyub, universitetə yüksək balla qəbul olub. Ancaq yenə də bugünkü uğurunu daha çox valideynlərinə bağlayır. Deyir ki, valideynləri nəyisə hazır vermək əvəzinə özünün nələrsə əldə edə biləcəyi formada yetişdirməyi onun sonrakı karyerasında böyük rola malik olub.

Müsahibimiz Çexiyada "NN" sığorta şirkətində mühəndis olaraq çalışan azərbaycanlı Rövşən Musayevdir.

Qeyd edək ki, R.Musayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə təhsil alıb.

- Azərbaycanda çalışdığınız iş yerləri olaraq profilinizdə SOCAR və "Azercell"i qeyd etmisiniz. Maraqlıdır, ölkəmizdə ancaq bu şirkətlərdə işləmisiniz?

- Yox, o iş yerlərində çalışana qədər sərbəst proqramçı kimi fəaliyyət göstərmişəm. Atam da proqramçı olduğu üçün universitetin ilk ilindən artıq İT fəaliyyəti ilə məşğul olmağa başlamışdım. Proqram yazılmasından tutmuş, kompüterin sıfırdan qurulmasına kimi hər işlə məşğul olurdum. Əmim də bu sahədə çalışır. İlk vaxtlar atam və əmimin yanında işləyirdim, sonra isə artıq müstəqil proqramçı kimi çalışdım.

- Atanız proqramçı olubsa, yəqin ki bu sahəyə yönəlməyiniz də daha erkən yaşlara təsadüf edib...

- Hardasa 90-cı illərin əvvəllərindən evimizdə kompüter görmüşəm. O vaxt proqramlaşdırma yeni sahə idi. Atam bu sahədə elmi iş müdafiə etmişdi, elmlər namizədi idi. Dövlət idarəsində çalışırdı, müəyyən araşdırma ilə məşğul olurdu. Tez-tez onun iş yerinə gedirdim, işlərinə baxırdım, kompüterində müxtəlif oyunlar oynayırdım. Kompüterlərə marağım getdikcə artırdı. 10-cu sinifdə atam mənə proqramlaşdırmanın ilkin mərhələlərini öyrətdi. Elə həmin il İnformatika üzrə məktəblilər arasında keçirilən olimpiadalara qatıldım. Dəqiq yadımda deyil, Bakı şəhəri üzrə ya bir, ya ikinci yerə çıxmışdım. Respublika turuna keçmişdim, amma orda nailiyyət qazana bilməmişdim.

- Nə vaxtdan müstəqil işləməyə başladınız?

- Universitetin sonuncu kursunda artıq özüm sərbəst bir layihə götürdüm. Düzdür, onu da atamın vasitəsilə tapmışdım, amma hər işini sıfırdan özüm gördüm. Sonra hərbi xidmətə getdim, qayıdandan sonra "Azəriqaz" İstehsalat Birliyində işə başladım. Sonra "Azəriqaz" SOCAR-la birləşdi, SOCAR-da vakant yerlər açıldı, namizədliyimi verdim, qəbul etdilər və orda fəaliyyətə başladım. Sonra da "Azercell"ə keçdim.

- "Azercell" dən sonra ölkə xaricində işləməyə başlamısınız. Ölkə xaricində işləmək qərarına gəlməyinizin səbəbi nə oldu?

- Uşaq vaxtından xarici ölkəyə getmək, işləmək kimi bir arzum var idi. Universiteti yeni bitirdiyim illərdə xarici ölkələrə işləmək üçün getmək elə də trend deyildi. Bilmirdik ki, xarici ölkələrdə işləmək üçün hansı səviyyədə kadr olmaq lazımdır. Fikirləşirdim ki, yəqin oxumaq üçün gedərəm. Ona görə, əsasən ingilis dilimi inkişaf etdirmək üzərində işləyirdim. Həmin ərəfədə SOCAR-da işləyirdim. Orda bir layihəyə başlandı və mən ora cəlb olundum. Ona görə bir növ oxumaq ikinci plana düşdü. "Azercell"də işləyəndə - 2015-ci ildə bəzi iş yoldaşlarımızın xarici ölkələrdə işləməyə getdiklərini gördüm. Əvvəlcə düşünürdüm ki, xaricdə çalışan mühəndislər bizimkilərdən daha güclüdür və bizim orda çalışmağımız çətin məsələdir. Amma mənimlə eyni səviyyədə olan kadrlar getdiyində gördüm ki, əslinə səhv düşünürmüşəm. Gördüm ki, realdır və mən də edə bilərəm.

- İş yoldaşlarınız xaricə gedənə qədər ölkə xaricində çalışmaqla bağlı cəhdləriniz olmamışdı?

- Olmuşdu, amma ilkin cəhdlər çox vaxt uğursuzluqla nəticələnir. Fikirləşirdim ki, bəlkə o şirkətlərdə çalışacaq səviyyədə kadr deyiləm deyə, qəbul etmirlər.

- Hansı ölkələrdəki şirkətlərə iş üçün müraciət etmişdiniz?

- Avstraliya, Yeni Zelandiya kimi ölkələrdə işlərə baxıb müraciət edirdim, amma ümumiyyətlə, cavab verilmirdi. Nəyisə səhv etdiyimi fikirləşirdim.

- Və həvəsdən düşürdünüz...

- O vaxt xarici ölkələrdə iş axtarmaq təcrübəm yox idi, prosesin necə olmasını da tamlıqla bilmirdim. Tanış adamlar getdikcə bir az araşdırma apardım, hansı istiqamətlərə getdiklərini müəyyənləşdirdim. Gördüm ki, daha çox Avropa ölkələrinə gedirlər. Mən də Avropa ölkələrinə müraciət etdim.

- Bu zaman müraciətlərinizin nəticəsi necə oldu?


Etiketlər:  Elə vaxtlar olurdu hər şeyi atıb qayıtmaq istəyirdim Uğur hekayəsi FOTO


RƏYLƏR