Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 10:00
Ermənistanda Yeni ildə 50-dən çox insan pirotexniki vasitələrdən xəsarət alıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Naziri Arsen Torosyan öz "Facebook" səhifəsində bildirib.
A.Torosyan deyib: "Son iki gün ərzində pirotexnika və fişənglərdən xəsarət alan 52 nəfər Ermənistanın tibb mərkəzlərinə müraciət edib".
Onun sözlərinə görə, onlardan 8 nəfər - 7 yaşdan 14 yaşa qədər uşaqlar, 7 nəfər - 15-17 yaşlı yeniyetmələr, qalan 37 nəfər - 18 yaşdan yuxarı olan böyüklərdir.