Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 11:12
"Mançester Yunayted"in yarımmüdafiəçi Pol Poqba yenidən zədələnib.
Qol.az xəbər verir ki, fransalı futbolçu Premyer Liqanın 21-ci turunda "Arsenal"la keçirilən qarşılaşmadann əvvələ topuğunda ağrılar hiss edib. Onun əməliyyat olunması gözlənilir.
Baş məşqçi Ole-Qunnar Sulşer "Arsenal"la matçdan sonra Poqbanın ən azı bir ay meydana çıxa billməyəcəyini bildirib.
Qeyd edək ki, Pol Poqba zədə səbəbindən bu mövsüm Premyer Liqada cəmi 7 oyunda iştirak edib.