Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 14:30
Vətəndaşların icbari tibbi sığorta haqqlarını hesablaması üçün kalkulyator sistemi hazırlanıb.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) icbari tibbi sığorta haqlarının hesablanması qaydası ilə bağlı məlumatında qeyd olunub.
Qurumun rəsmi saytında bununla bağlı kalkulyator yerləşdirilib.
Həmin kalkulyatordan istifadə etməklə vətəndaşlar əməkhaqqından və ya gəlirdən tutulan icbari tibbi sığorta haqlarının məbləğini hesablaya biləcəklər.