Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KT müayinəsi xərçəngə səbəb olurmu? – Şüalanma dərəcəsi normanı aşır

KT müayinəsi xərçəngə səbəb olurmu? – Şüalanma dərəcəsi normanı aşır

Tarix: 2 Yanvar 2020 19:21

KT müayinəsi - orqanların kompüter tomoqrafiyası vasitəsilə skan edilməsidir.

Hazırda 90% klinikalarda KT cihazı var və həkimlər ürək genişliyi ilə bu müayinəni uşaqdan tutmuş böyüyə kimi təyin edir.
Əksər xəstələr isə həkim təyin etdiyi və diaqnozunu dəqiq bilmək üçün düşünmədən bu müayinəyə razı olur və gedir.
Kompüter tomoqrafiyası məhz şüalanma ilə işlədiyi üçün müəyyən mənada, bir çox hallarda və bəzi xəstə kateqoriyaları üçün zərərli ola bilər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, KT zamanı xəstəyə zərbə gücündə ionizə edilmiş şüa dalğaları göndərilir. Bu da bir çox şiş xəstəliklərini aktivləşdirir.

Biz bu faktı özümüzdən demirik. Belə ki, Britaniyanın məşhur British Medical Journalında belə bir elmi məqalə yazılmışdı ki, fərdi olaraq tək-tək KT diaqnostika xərçəng xəstəliyinin dinamikasını və diaqnostikasını 24% artırıb.
Bu faiz göstəricisi zamanla dəyişir, azalır, artır. Belə ki, bir insan fərdi olaraq, tək KT skan edilməsindən nə qədər çox keçsə, bir o qədər yaşlandıqda, gələcəkdə xərçəng olma ehtimalı artır. Xüsusən yeniyetmə və gənc yaşlarında KT müayinəsi yaşlandıqda xərçəng riskini artırır və bu faiz 35% -ə qədər arta bilər.

Nəyə görə KT rentgenoqrafiyadan da zərərlidir?

Çox zaman həkimlər KT zərərindən danışdıqda, rentgenin ondan da çox şüaverici təsiri olmasını əsas gətirib, KT-nin zərərini önəmsəmirlər.

KT diaqnostikada üçqat, üçmərhələli çəkimin alınması üçün daha yüksək dərəcədə radiasiya şüası dalğaları bədənə yönəldilir.

Bir dəfə KT tərəfindən skan olunma çoxsaylı rentgen çəkimləri ekvivalentinə bərabərdir. Ona görə KT müayinəsini rentgenlə müqayisə etmək düzgün deyil.

Hesablamalara görə, bir dəfə tək KT çəkimi zamanı radioaktiv şüalanma bir insanın bir il ərzində təbii olaraq məruz qaldığı fon ionizəedici şüalanma dozasından 10 dəfə çoxdur. Yəni insan bir dəfə KT-ə girməklə, 7-10 il ərzində ətraf mühit, texnika, digər mənbələrdən qeyri-ixtiyari olaraq bədəninə yönələn radioaktiv şüaların miqdarını almış olur.
Rəqəmlərə baxdıqda: bir insan, xüsusən iri şəhərlərdə yaşayan insan 1 il ərzində fon radiaoktiv şüalanmaya təxminən 3 millizivert həcmində məruz qalır.

Təkcə başın bir dəfə KT müayinəsi zamanı isə o, 2 millizivert həcmində şüalanma almış olur.

Bu rəqəmlər döş qəfəsi, qarın boşluğu, bütün bədən KT müayinəsi zamanı dəfələrlə artır və hətta bir dəfədə 25-30 millizivertə qalxa bilir. Bu rəqəm isə illik təbii şüalanmadan 10 dəfə çoxdur.


Etiketlər:  müayinəsi xərçəngə səbəb olurmu Şüalanma dərəcəsi normanı aşır


RƏYLƏR