Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişinin qanı süd kimi ağardı – Səbəb şok etdi

Kişinin qanı süd kimi ağardı – Səbəb şok etdi

Tarix: 2 Yanvar 2020 19:27

39 yaşlı kişi təcili yardıma ürəkbulanma, qusma, baş ağrısı, huşun itməsi əlamətləri ilə çatdırılır. Xəstə piylənmə və diabetdən əziyyət çəkirdi. Artıq xəstəxanada komaya düşən xəstəni süni tənəffüs aparatına qoşurlar.

Kişidən qan analizi götürdükdə isə onun qanının qırmızı yox, süd kimi ağ və qatı olması həkimləri təəccübləndirir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, buna səbəb qanda həddən çox yağ, piy qalıqlarının olması idi.

Analizlər qanda triqliseridlərin normadan dəfələrlə yüksək olması üzə çıxdı. Belə ki, 500 mq- dl göstərici normanın aşılması hesab edilirsə də, bu pasiyentdə göstərici 14.000 idi.

Elə bu səbəbdən xəstədə kəskin pankreatit, diabetik ketoasidoz baş verib.

Triqliseridlərin belə yüksək həddində adətən plazmafarez metodu tətbiq edilir, lakin 2 cəhd uğursuz alındı, çünki yağlar aparatı tuturdu.


Etiketlər:  Kişinin qanı süd kimi ağardı Səbəb şok etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ