Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Altıncı hissim, intuisiyam mənə dedi ki...''

''Altıncı hissim, intuisiyam mənə dedi ki...''

Tarix: 2 Yanvar 2020 20:18

Mario İkardinin həyat yoldaşı və agenti Vanda Nara futbolçunun Milan “İnter”indən icarə qaydasında PSJ-yə keçidinin səbəbləri barədə danışıb.

Qol.az xəbər verir ki, o, “Genta” jurnalına müsahibəsində deyib:

“İntuisiyamın güclü olması mənim üstünlüyümdür. Bir neçə ay əvvəl bütün İtaliya danışırdı ki, mən ərimi “Napoli” və ya “Yuventus”a keçməsi üçün boğmağa da hazıram. Amma daxilimdə bir hiss vardı. Bu, altıncı hiss, qadın intuisiyası idi və o mənə dedi ki, Mario İtaliyanı tərk etməlidir. Bizim ailə üçün İtaliyada qalmaq daha yaxşı olardı. Amma mən bu məsələdə sırf Marionun özünü düşündüm. Dördüncü gün idi. O, Parisə getdi. İstirahət günlərini birgə keçirdik. Birinci gün isə Milandakı mənzilimdə yuxudan oyananda yanımda beş uşağım vardı, o isə yanımda deyildi. Yəni bu qərar asan verilmədi”.

Xatırladaq ki İkardi PSJ-yə 2019-cu ilin yayında keçib.

 


Etiketlər:  Altıncı hissim intuisiyam mənə dedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ