Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 20:28
"Yuventus"un futbolçusu Matteys de Liqtin meneceri Mino Raiola futbolçunun "Barselona"ya transfer olunmaması ilə bağlı qaranlıq qalan məsələlərdən danışıb.
Qol.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, o, 20 yaşlı müdafiəçinin Kataloniya klubuna keçəcəyi halda çox oynamaq şansının olmayacağını deyib: "Barselona" de Yonqu transfer edəndən sonra de Liqtin də gələcəyini düşündü. De Liqtə pendir parçası kimi davrandılar. Onu almaq istəmələri belə səhv idi. Sizcə, Pike kimi bir futbolçu heyətdəki yerini de Liqtə buraxardı? Niderlandda hamı "Barselona"nı əcnəbi yox, yerli klub kimi görür. Burada hollaniyalı oyunçunun "Barselona"ya transfer edilməsini sevindirici hal hesab edirlər. De Liqt üçün pul önəmli deyil. O, sadəcə oynamaq istəyir. "Yuventus" onu 1 mövsüm əvvəldən almaq niyyətində idi və razılaşmışdılar. Ancaq "Ayaks" de Liqtin qalmağını istədi. "Barselona" və PSJ də transfer üçün mübarizəyə qoşulanadək "Yuventus" onun ilk seçimi idi".