Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran general Süleymaninin ölümünü təsdiqləyib

İran general Süleymaninin ölümünü təsdiqləyib

Tarix: 3 Yanvar 2020 06:48

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin ölümünü təsdiq edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın "IRINN" dövlət telekanalı məlumat verib.

Xatırladaq ki, İraqın paytaxtı Bağdadda hava limanı raket atəşinə tutulub.3 raket hava limanı yaxınlığına düşüb. Nəticədə azı 8 nəfərin öldüyü bildirilir.

"Al Arabiya", "Al Jazeera" və "Sky News" telekanallarının məlumatına əsasən, ölənlər arasında İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani də olub.

"Reuters" agentliyinin amerikalı rəsmilərə istinadən verdiyi məlumata əsasən, ABŞ Bağdadın hava limanına endirilən zərbələrə görə məsuliyyəti öz üzərinə götürüb. Bildirilir ki, ABŞ Bağdadda "İranla əlaqəli iki hədəfə" zərbələr endirdiyini təsdiq edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  İran general Süleymaninin ölümünü təsdiqləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ