Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ən yaxşı fitnes-məhsullar

Ən yaxşı fitnes-məhsullar

Tarix: 3 Yanvar 2020 07:03

Hər kəsə məlumdur ki, arıqlamaq və ideal bədən quruluşuna sahib olmaq üçün düzgün qidalanmaq lazımdır. Bəzi məhsullar faydası ilə fərqlənir, digərləri o qədər də yox...

Milli.Az qafqazinfo-ya istinadən fitneslə məşğul olan insanlar üçün ən yaşı məhsulları təqdim edir:  

Yağsız mal əti

Bu məhsul zülal və omeqa-3 yarımdoymamış yağ turşularının ideal mənbəyidir. Bundan başqa, onda hematopoetik funksiya üçün faydalı sink və dəmir var. Əgər yağsız mal ətindən istifadə etsək, o, qanda xolesterinin səviyyəsinin aşağı düşməsinə kömək edəcək.

Qızılbalıq və ya forel balığı filesi

Onda da mal ətində olduğu kimi çoxlu zülal var. Sağlamlıq üçün omeqa-3 yağ turşuları da az əhəmiyyətli deyil. Qırmızı balıqda çoxlu B qrupu vitaminləri, kalium, fosfor var. Ona görə də əgər əzələ kütləsini böyütmək istəyirsinizsə, file yemək lazımdır.

Paxla və soya məhsulları

Zülal və sellüloz - bu məhsulların əsas tərkib hissələridir. Bundan başqa, onlar çox doyumlu, dadlı, həm ət, həm də tərəvəzlərlə çox yaxşı uyğunlaşır. Doğrudur, paxladan çox istifadə etmək də lazım deyil, belə ki, onun tərkibində çoxlu kalori var.

Taxlalı bitki məhsulları

Bu, ən yaxşı fitnes-məhsullardan biridir, ona görə ki, onların tərkibində şəkər və sadə karbohidratlar o qədər də çox deyil. Məhsulda həzm və orqanizmdən yağların çıxarılması üçün lazımlı olan faydalı sellüloz var.

Kələm

Kələmin tərkibidə çoxlu vitamin və faydalı mikroelementlər var. Məhsul daha çox askorbin turşusu, beta-karotin, fosfor və kalsiumla zəngindir. Bu, orqanizm üçün son dərəcə faydalıdır. Söhbət təkcə ağ yox, həm də rəngli, brokkoli və Brüssel kələmindən gedir.


Etiketlər:  Ən yaxşı fitnes məhsullar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ