Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik'' - Hamit Altıntop

''Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik'' - Hamit Altıntop

Tarix: 3 Yanvar 2020 10:30

Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntop ölkəsinin mətbuatına açıqlama verib.

Qol.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin üzvü yığma komandanın Avro-2020-dəki şanslarını dəyərləndirib: "Yaxşı qrupa düşmüşük. Açılış oyununda meydana çıxmaq mənalıdır. Bu, reklam baxımından da önəmlidir və əlavə motivasiya verə bilər. Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik. Komandanın irəliləməsi çox önəmlidir. 6 qrupdan 3-cü yeri tutan komandalardan 3-ü növbəti mərhələyə adlayacaq. Kağız üzərində olduğu kimi, inşallah, qrupdan çıxarıq".

Xatırladaq ki, Türkiyə millisi Avro-2020-nin qrup mərhələsi çərçivəsində iki oyununu Bakıda keçirəcək. Komanda iyunun 17-si Uels, iyunun 21-də isə İsveçrə ilə qarşılaşacaq.

 


Etiketlər:  Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik Hamit Altıntop


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ