Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 12:04
Britaniyanın məşhur modeli Kristina Marqaret Kilerin (Christine Margaret Keeler) yarıçılpaq fotoları hərraca çıxarılıb.
Sonxeber.net xarici mətbuata istinadla xəbər verir ki, 1960-cı illərdə çəkilən ağ-qara fotolar 6000 funt-sterlinqə satılıb. Aktrisanın cavanlıqda çəkdirdiyi şəkillər 57 il sonra, "The Trial of Christine Keeler" mini-serialına görə yenidən dəyər qazanıb.
Hərraca çıxarılan foto 1966-cı ildə çəkilib.
Qeyd edək ki, 1942-ci ilin fevral ayının 22-də dünyaya gələn Kristina Britaniya tarixində mənfi yöndə iz qoyan modellərdən biridir. Onun adı siyasət tarixinə "Profume olayı" kimi düşüb. Model İngiltərəni sarsıdan ən böyük seks skandalının əsas səbəbkarıdır.