Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 10:00
Hər bir gözəl xanım kimi mən də evlilik təklifləri alıram.
Bunu oxu.az-a tarzən Humay Qədimova deyib.
"Bir dəfə ad günümdə maqazin verilşlərindən birində barmağımda üzük gördülər. Amma o üzüyün heç bir mənası yox idi. Məndən xahiş etdilər ki, o üzük məsələsini qalmaqal etsinlər. Yalnız o zaman elə bir söhbət olub", - H.Qədimova əlavə edib.
Onun sözlərinə görə, şəxsi həyatı və həyatında kiminsə olması haqqında danışmağı sevmir.
"Ümumiyyətlə, biz Allahdan çox bilə bilmərik. Qismət deyilən bir şey var. Hərdən rəfiqələrimin yanında bu barədə danışan da hər şeyi Allahın üstünə atdığımı deyirlər (gülür). "Səndən hərəkət, məndən bərəkət" deyilən bir deyim var. Amma niyə hələ də tək olduğumu bilmirəm. Yəqin ki gecikmək Allahın gələcək üçün bir mükafatı ola bilər. Özümün də gecikdiyini bilirəm. Ancaq mənim özümdən də asılı olan bir şey deyil".
Tarzən deyib ki, Azərbaycan xanımları gözəl, baxımlı, xoş sözlərə layiqdir.